Horasan (Güney Türkistan) - Kizilbash Türkmen http://qirxlar.blogspot.com/

Back


http://qirxlar.blogspot.com/ Ahl-e Haq : Qirxlar-اهل حق، قيرخلار -Alevi Turks (Qizilbash) of South Azerbaijan and Iran ------------------------------------- Ələvi Qızılbaşlarda (Əhl-i Haqda) Ayin-i Cəm Dadaş Qaraqoyunlu Qızılbaş Xəbərlərdə bugün Şaban'ın 15'i olduğunu örgəndim. Bu munasibətlə Ələvi və Şiə inanan bütün vətəndaşlarımızın 15- Şaban bayramını təbrik deyirəm və bu barədə neçə söz söyləmək istiyirəm: Bilindiyi kimi 15-Şaban bayramı inanan vətəndaşlarımızdan həm Ələvilərin (bizdə Goran ya da Əhl-i Haqlar, Əliallahilər) və həm Şiələrin mubarək saydıqları dini bayramlardandır.(Bu iki məzhəbin müştərək diyər əhəmiyyətli dini günləri, Novruz bayramı, Aşura günü, Qədir Xum və Qurban bayramlarıdır. Şiələr Rəməzan bayramını tutduqları halda, Ələviler oruc tutmadıqları üçün bu bayramı bilməzlər. Ələvilərin Xıdır bayramını isə Şiələr tutmaz). Bugün bütün Ələvilər Albaniya'dan Afqanistan'a dək,(ən çox 20 milyonla Türkiyə'də) Cəm Ayini mərasimini icra elərlər (Ələvilərdə namaz yoxdur. Dini ibadətləri Cəmevlərindəki Cəm Ayini və Səmah'dan təşkil tapır, Ələvilərdə Cami-məscid yoxdur, yerinə Cəmevi-Cəmxana vardır) . Məclis Yeddi böyük pirlərinin-vəlilerinin başı sayılan Şah İsmayil'in şe'rləriylə başlar. Diyər pirlər-vəlilər arasında Nəsimi, Fuzuli, Hacı Bəktaş və Pir Sultan vardır. Ələviliyin dini kitablarının müqəddəs dili Türkcədir. Xətayi, Nəsimi, Fuzuli və Pir Sultan'ln divanlarl dini kitabları arasındadır. Türk-İslamçıların iftixar etdikləri, farsca şe'r divanı yazan Yavuz Sultan Səlim, Qızılbaşların milli dilimizə bağlılığından əsəblənərək, Şah İsmayil'a xətabən belə yazıpdır:"....Mən Sultan Bayəzid oğlu Sultan Səlim, sən ki ey eşək Türk...."Prof. Şahabettin Tekindağ'in sənədləri. Millətimizin yaradıçısı Şah İsmayil'dən Fars şovenistləri və Türk-İslam Səntezçiləri eyni dərəcədə nefrətləri vardır. Birincilər Türki dilini rəsmi etdiyi üçün, ikincilər Osmanlılara boyun əymədiyi üçün, ikisi də nə Şiə və Sünni yox bəlkə Ələvi olduğu üçün) Ələvilikdə Şarab muqəddəsdir, Ayini Cəm'də hər imam üçün bir dolu içilər(on iki dəm). Ələvilikdəki dini qaydaların çoxu (Şarab, Səmah, Saz, iqrar vermə, qırxlar meydanı, dörd qapı, sofra, Pir, cəm, Şah-i mərdan, v.s.nin hamısı) Şah İsmayil tərəfindən bir bir sistemləşdirilmiş və son halını almışdır. Aşağıda bu dini mərasimdə oxunan şe'rlərdən, 13-16 yüzilləri Türk Qızılbaşların duru inanc və cosqun duyqularını əks etdirən bir iki şe'r verirəm: P.S.: 1-Şe'rlərdəki işlədilən kələmələrin hamısı səmbolik mistik-dini mə'naları vardır, ya da həqiqi mə'nada ərkan-yolla əlaqəlidir. Misal üçün Aslan Əli'dir. Aslan qanı və dolu şarabdır. Şarab səmbolik mə'na xaricində Allah'ı tanıma istəyi, onu tanımanın verdiyi zovq) həqiqi mə'nada da Ələvilikdə muqəddəsdir və hər cəm ayinində hər imam uchun bir dəm(dolu) içilir.(həm arvadlar, həm kişilər). Cəm ayininə arvatlar da qatılır, səmah arvat-kişi birlikdə icra olur. Ələvi arvatlarda Hicab-türban-çadıra-örtünmə yoxdur. 2-Ələvilikdəki Əli bir kült'dür, tarixdəki Hz. Əli ilə əlaqəli deyildir. Əli Allah'ın təcəllisidir, Şah Əli'dir, Xətayi Əli'dir. 3- Osmanlılar və günümüzdəki davamçıları Ələviləri mə'nəvi olaraq əzmək üçün, Qızılbaş'ı Ensest mə'nasında işlədiplər. 4- Umumi bilgi üçün maraqlılara Ələvi araşdırmaları (türkcə-ingiliscə) http://www.alevibektasi.com/ adresinə baxmanı tə'kidlə tövsiyə eliyirəm. hörmətlərimlə Dadaş Qaraqoyunlu Qızılbaş.

Category: Music
Uploaded: September 4th, 2008 @ 12:49 am
Author: AzeriKizilbash

Length: 02:06
Rating: Whole StarWhole StarWhole StarWhole StarWhole Star
Views: 674

Tags: alevi aleviten azerbaijan azeribozkurt bozqurd horasan khorasan kizilbash kocgiri qizilbash south turkcu turkestan

Related Video Links:


» View Video Comments For Horasan (Güney Türkistan) - Kizilbash Türkmen http://qirxlar.blogspot.com/
» View AzeriKizilbash's Other Uploaded Videos

Video Thumbnails:


Thumbnail #1 Video Thumbnail #1:

Thumbnail #2 Video Thumbnail #2:

Thumbnail #3 Video Thumbnail #3:



Video Embedding Code:


Video Url:


Embed Code:

* Embed this video on your website, social bookmark, myspace, or blog.